Ötən gecə Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, saat 22:00 radələrində Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Qala-Pirallahı yolunda 99 NH 300 dövlət qeydiyyat nişanlı “Mercedes” ilə 10 XB 203 dövlət qeydiyyat nişanlı digər “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.
***
APA-nın məlumatına görə, qəza zamanı biri körpə olmaqla ailənin 4 üzvü - 2019-cu il təvəllüdlü Ağaməliyeva Mələk Dadaş qızı, 1988-ci il təvəllüdlü Ağaməliyev Kamal Tofiq oğlu, 1992-ci il təvəllüdlü Ağaməliyev Dadaş Tofiq oğlu və 1996-ci il təvəllüdlü Ağaməliyeva Xatirə Rəsul qızı müxtəlif dərəcəli bədın xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı 1961-ci il təvəllüdlü İmanov Nadir Kərim oğlu isə ağır xəsarət alıb. N.İmanovun sol qolu amputasiya edilib.
Son xəbərlər
Son Xəbərlər