Mayın 17-da Bakıda Avropa İttifaqı - Azərbaycan Biznes Forumu təşkil ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko bildirib.
O, qeyd edib ki, 2016-ci ildən başlayaq hər il Azərbaycanda belə bir forum keçirilir: “Bu, Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlığı genişləndirmək, səmərəli əlaqələr yaratmaq, şirkətlər arasında fikir mübadiləsi aparmaq, iqtisadiyyatın şaxələndirilməsi və maarifləndirilməsini dəstəkləmək məqsədi daşıyan beynəlxalq tədbirdir. Bu il tədbir ilk dəfə hibrid formada təşkil olunacaq və bu, həm də onlayn iştiraka imkan verəcək”.
Mixalko əlavə edib ki, hazırda Azərbaycanda Avropa İttifaqının müxtəlif ölkələrindən 400-ə yaxın şirkət fəaliyyət göstərir: “Biz daha çox Azərbaycan istehsalı olan qeyri-neft məhsullarının Avropa İttifaqı bazarlarına çıxmasını istəyirik”.
Səfir vurğulayıb ki, mayın 14-ü Aİ nümayəndəliyi Avropa mədəniyyətini və ənənələrini nümayiş etdirmək üçün Dənizkənarı Bulvarda açıq havada Avropa Şəhərciyi adlı tədbir keçirəcək: “Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Polşa, Slovakiya, İsveç kimi ölkələrin stendləri, eləcə də, Aİ-nin regional inkişaf, gender, insan hüquqları, səhiyyə, iqlim və təhsil, o cümlədən ERASMUS+ kimi layihələr Avropa Şəhərciyində təqdim olunacaq”.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər