“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində Ramin İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomobil maneəyə çırpılıb. Nəticdə avtomobildə olan sərnişinlərdən sürücünün qızı, 2000-ci il təvəllüdlü Salayeva Cəvanə Ramin qızı ağır bədən xəsarətləri alıb. 15 yaşlı qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər