Bakıda avtomobillərdən akkumlyator oğurlayan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Nizami RPİ 24-cü əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-na keçən gecə Bakı şəhər sakini Yavər Cəfərova məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamış paytaxt sakini Vüsal Zeynalzadə tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevral ayının 16-dan 19-dək olan müddətdə daha 3 nəfərə məxsus avtomobillərdən akkumulyator oğurlaması da müəyyən edilib.
Son xəbərlər
Son Xəbərlər