Bakıda aksiya oldu - - Fotolar

bakida-aksiya-oldu-
Oxunma sayı: 3276


Aksiyanın əsas səbəbi MFM-ə dəyən maddi və mənəvi zərər, gənclərin istirahət günü pozulan hüquqları barədə ictimaiyyətə məlumat vermək idi. Aksiya saat 14:00-a planlaşdırılsa da saat 13:00-da Nəsimi heykəlinin qarşısı mülkigeyimlilər tərəfindən mühasirəyə alınıb. Aksiya barədə jurnalistlərə məlumat vermək istəyən Şəhriyar Məcidzadə mülkigeyimlilər tərəfindən "Mitsubishi Pajero" markalı maşına mindirilərək naməlum istiqamətə aparılıb. Milli Fikir Mərkəzinin üzvü Elvin Mahmudov deyib ki, onlar ötən ilin dekabrında konsert haqqında elan veriblər və zal tutublar: “Fevralın 16-da isə konsert olacaqdı. Fevralın 15-i axşam gəlib bizə dedilər ki, konsertə icazə vermirik. Səbəb kimi isə onu dedilər ki, guya biz onlardan icazə almalı imişik. Bu gün də aksiya təyin etmişdik. Aksiya başlamamış Şəhriyar Məcidzadə mülkigeyimlilər tərəfindən naməlum istiqamətə aparılır. Hal-hazırda onun harda olduğunu öyrənməyə çalışırıq".