Bakıda aksiya oldu

bakida-aksiya-oldu
Oxunma sayı: 1523


Bunu AzNews.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov deyib. O bildirib ki, aksiya keçirənlər Bakı-Xarkov qatarının bələdçiləri olub: “Dəmiryol Nəqliyyatında Sərnişindaşımalar Departamentinin qərarına əsasən bütün beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda kişi bələdçilər qadınlarla əvəz olunacaq. Bu qərarın icrası ilk olaraq Bakı-Xarkov qatarından başlayıb. Həmin qatarlarda bütün bələdçilər qadınlarla əvəzlənəcək”. 

N. Əziməmmədov əldə olunan razılıq haqda da danışıb: “Aksiya iştirakçıları ilə razılığa gəldik ki, onlar yerli qatarlarda bələdçi vəzifəsində çalışacaqlar”. 

“Azərbaycan Dəmir Yolları” QSC sözçüsü əlavə edib ki, yerli istiqamət üzrə hərəkət edən qatarların bələdçilərinin aylıq məvacibləri, beynəlxalq reysdə işləyən bələdçilərin maaşlarından daha çoxdur.