Bakıda alıcılara eko çantalar paylanıldı - Fotolar

bakida-alicilara-eko-cantalar-paylanildi
Oxunma sayı: 2334

Polietilen torbalardan və plastik butulkalardan istifadənin azaldılması istiqamətində aparılan maarifləndirici layihələr çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə növbəti aksiya keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, “Yaşıl fikirlə sağlam gələcəyə!” devizi altında bir neçə marketdə keçirilən aksiyada alıcılara eko çantalar paylanılıb. 

Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin tədricən azaldılmasına nail olmaq, alternativ vasitə olan eko çantalardan istifadəyə üstünlük verməkdir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Sevil İsayeva, Eco Baku QHT-nin sədri Sarita Vaid sosial aksiyada iştirak edərək alıcılara polietilen torbaların ziyanı barədə ətraflı məlumat verib.

Qeyd edək ki, plastik tullantıların düzgün idarə edilməsi və polietilen məmulatlardan istifadənin məhdudlaşdırılması ilə bağlı nazirliyin təşəbbüsü çərçivəsində sosial aksiyaların keçirilməsi davam etdirilir.