Bakıda alınan “Fanta”nın içindən həşərat çıxdı - Foto

bakida-alinan-fantanin-icinden-heserat-cixdi
Oxunma sayı: 3555

Bakının məşhur mağazasından alınan “Fanta”nın içindən həşərat olduğu iddia edilən naməlum qarışıq çıxıb.

“Qafqazinfo” qaynar.info-ya istinadən xəbər verir ki, bu barədə blogger Barış Namazov şəxsi bloqunda yazıb:

“Sentyabrın 10-da Rəsulzadə qəsəbəsindəki “Favorit market”dən bəzi şeylər və 2 litrlik “Fanta” aldıq. Sonra qohumum Yusif əmigilə getdik. Birdən gözüm “Fanta”nın içindəki qara-qura şeylərə rast gəldi. Qarışqamı, ağcaqanadmı, həşəratmı?...”

B. Namazov içkinin ağzının açılmadığını və malın çekini saxladığını da qeyd edib.