Bakıda Almaniya səfirliyinin 1-ci katibi qəzaya düşdü

bakida-almaniya-sefirliyinin-1-ci-katibi-qezaya-dusdu
Oxunma sayı: 1835

Bakıda səfirlik avtomobili qəzaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Rəsul Rza küçəsində Almaniya səfirliyində 1-ci katib vəzifəsində çalışan Rinke Thomasın idarə etdiyi “Mitsubishi” markalı 007 D 015 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxt sakini Təranə Məmmədovanın sürdüyü “KİA” toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.

Xəbəri rus dilində oxuyun: Первый секретарь посольства Германии в Баку попал в ДТП

İlkin araşdırmalar zamanı hadisənin T.Məmmədovanın “yol ver” nişanının tələbinə əməl etməməsi səbəbindən baş verməsi məlum olub.

Araşdırmalar davam etdirilir.

Nizam Rza