Bakıda “Amerika günləri” festivalı

bakida-amerika-gunleri-festivali-
Oxunma sayı: 1111


“Qafqazinfo” xəbər verir ki, “Amerika günləri” martın 10-dan 14-dək Bakıda, habelə Qəbələ, İsmayıllı, Sumqayıt, Quba, Şəki və Zaqatalada keçiriləcək.

2 nömrəli internat məktəbinin uşaq orkestrinin ifasında Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının dövlət himnləri səsləndirilib.

Sonra konsert proqramı nümayiş etdirilib. Proqramı “Break of Reality” musiqi qrupu və Mərdəkandakı 2 nömrəli internat məktəbinin uşaq ansamblı açıb. Ansambl kovboylar rəqsini ifa edib.

“Amerika günləri” çərçivəsində 5 gün müddətində bir sıra tədbirlər, o cümlədən müxtəlif müsabiqələr, təqdimatlar keçiriləcək, ABŞ-ın mədəni ənənələrinə və mətbəxinə həsr olunmuş sərgilər və yarmarkalar təşkil ediləcəkdir.

Məsələn, Azərbaycan kinoteatrlarında uşaqlar üçün Amerika filmləri, “Nizami” Kino mərkəzində Amerika kinematoqrafının klassik filmləri göstəriləcəkdir.

Tədbirlər arasında “Amerikada müsəlmanların həyatı” mövzusunda təqdimat, Bülbül adına Musiqi məktəbində və Bakı Caz Mərkəzində konsertlər nəzərdə tutulub.