Bakıda ana, ata və oğul qidadan zəhərləndi - Yenilənib

bakida-ana-ata-ve-ogul-qidadan-zeherlendi
Oxunma sayı: 1898

Bakıda bir ailənin 3 üzvü qidadan zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsində baş verib.

Orada yaşayan 1952-ci il təvəllüdlü A.Şükürovla həyat yoldaşı 1954-cü il təvəllüdlü R.Şükürova və oğulları Ramin Şükürov qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.