Bakıda ana ilə 2 yaşlı uşağı oğurlandı

bakida-ana-ile-2-yasli-usagi-ogurlandi
Oxunma sayı: 693

Bakıda kişi qadını və 2 yaşlı uşağını oğurlayıb.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, Rəsulzadə qəsəbəsinin sakini Gülxanım Yusifova Binəqədi Rayon Polis Şöbəsinə müraciət edərək, avqustun 5-də Eldar adlı birinin onun 19 yaşlı qızı Aytəni və 2 yaşlı nəvəsi Yusifi oğurladığını bildirib.

Qadının sözlərinə görə, kişi onun qızını evlənmək məqsədilə oğurlayıb.

Cinayət əməlini törətmiş şəxsin kimliyi müəyyənləşdirilir.