Bakı Nəqliyyat Agentliyinin yollarda quraşdırdığı təhlükəsizlik tumbası baş verən qəza zamanı səkidəki uşaqların həyatını xilas edib.
Bu barədə BNA-dan “Qafqazinfo”ya bildirilib. Bildirilib ki, qəza zamanı idarəetmədən çıxan avtomobil səkiyə doğru hərəkət etsə də, tumbaya dəyərək dayanıb. Nəticədə, səkidəki uşaqlar zərbədən xilas ola biliblər.
Məlumat üçün qeyd edək ki, paytaxt yollarında hərəkətin təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq Bakı şəhərində 139 küçədə bu cür təhlükəsizlik tumbaları quraşdırılıb. Tumbalar əsasən qəza riski yüksək olan yollarda və yol kəsişmələrində quraşdırılır.
Paytaxtın digər ərazilərində də təhlükəsizlik tumbalarının quraşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər