Bakıda ana və 6 aylıq qızı qəzada yaralandı

bakida-ana-ve-6-ayliq-qizi-qezada-yaralandi
Oxunma sayı: 1155

Aeroport yolu, Sabunçu keçidinin yanında yol-nəqliyyat hadisəsi baş verib. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qəza nəticəsində 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası və 6 aylıq qızı qapalı kəllə-beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri ilə hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya gətiriliblər. 

Təcili Yardıma çağırış Pedriatriya institutuna olub. Yaralılar Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda müalicələri davam edir.