Xəzər rayonu, Binə südçülük sovxozunda ana və iki uşağı qaynar sudan yanıb.
“Qafqazinfo” Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, yanıq xəsarəti alan 3 nəfər barədə məlumat təcili yardıma saat 22:32-də daxil olub.
Sovxoza gedən həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırıb.
İlkin diaqnoz olaraq aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Onların üzərinə qaynar su dağıldığı bildirilir.