Bakıda ana və körpəsi öldü

bakida-ana-ve-korpesi-oldu
Oxunma sayı: 2919

Bakıda Mirqasımov adına Respublika Klinik xəstəxanasında ana və körpəsi ölüb.

“Qafqazinfo” nun məlumatına görə, dünyasını dəyişən şəxs Ucar rayon Lək kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Tərlan qızı Abbasovadır. O, ötən gecə qeysəriyyə əməliyyatı olub. Əməliyyatdan sonra körpə və ana ölüb.  

A. Abbasova Lək 2 nömrəli məktəbdə ingilis dili müəlliməsi işləyirdi.

Qeyd edək ki, onlar bu gün Lək kəndində dəfn ediləcək.