Bakıda ana və oğlunu maşın vurdu - Bir ölü, bir yaralı

bakida-ana-ve-oglunu-masin-vurdu-bir-olu-bir-yarali
Oxunma sayı: 657

Məlumata görə, prospektin “Koroğlu” metrostansiyasından mərkəzə doğru hərəkət zolağında 1986-cı il təvəllüdlü, Kəlbəcər rayon sakini Musayev Niyaməddin Xudaverdi oğlu idarə etdiyi avtomobillə Salyan rayon sakini 29 yaşlı Könül Mirişova və onun 8 yaşlı oğlu Damədi vurub. Nəticədə K.Mirişova hadisə yerində ölüb. Onun oğlu isə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin bildirdiyinə görə, avtomobil qəzası zamanı ana öz oğlunu kənara itələməyə cəhd göstərib. Nəticədə azyaşlı xəsarət alsa da sağ qalıb.