Bakıda Anlaşma Memorandumu imzalanıb

bakida-anlasma-memorandumu-imzalanib
Oxunma sayı: 1275

Bakıda COP29-öncəsi görüşlər çərçivəsində Azərbaycan hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə COP29-un “X” hesabında məlumat verilib.

Bildirilib ki, sənəddə həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturu əks olunub.