Bakıda anti-Türkiyə mövzusundakı filmə qarşı etiraz aksiyası keçirildi - Video

bakida-anti-turkiye-movzusundaki-filme-qarsi-etiraz-aksiyasi-kecirildi
Oxunma sayı: 2328

Türkiyəyə qarşı çəkilmiş "Odda - İki bacı" ("Sisters apart") filminə görə Bakıda etiraz aksiyası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, bu məqsədlə etirazçılar "Landmark"ın qarşısına toplaşıblar.

Onlar "Terrora son!", "Yaşasın Azərbaycan, Türkiyə!" şüarları səsləndərək Türkiyəyə dəstəyini nümayiş etdiriblər.

Aksiya dinc formada keçirilib.

Xatırladaq ki, "Odda - İki bacı" filmi anti-Türkiyə mövzusunda lentə alınmış filmdir. Buna görə Bakı kinoteatrları filmin nümayişindən birmənalı şəkildə imtina edib. Lakin Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark"da nümayiş etdimək niyyətində olduqlarını açıqlamışdılar.

Qeyd edək ki, artıq Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Avropa Film Festivalı çərçivəsində "Odda - İki bacı" filminin dekabrın 5-nə planlaşdırılan nümayişinin əğv edildiyi bildirilib.