Bakıda antikvar avtomobil satılır - Dünyada 32 ədəd buraxılıb+ Video

bakida-antikvar-avtomobil-satilir
Oxunma sayı: 4382

Bakıda antikvar avtomobil satılır.

“Qafqazinfo”nun Xezerxeber.az-a istinadən məlumatına görə, avtomobilin sahibi Azər Abdullayev deyir ki, 1931-ci ildə istehsal edilmiş maşın 4 qapılıdır. Dünyada cəmi 32 ədəd buraxılmış bu avtomobilin 24-ü 2 qapılı, 8-i isə  4 qapılıdır.

Avtomobilin mühərriki 3.3 həcmlidir və tam işlək vəziyyətdədir.

Avtomobil sahibinin sözlərinə görə, əvvələr maşını satması üçün ona xeyli pul təklif olunsa da, razılaşmayıb. Amma hazırda şərtlər dəyişib.