Sentyabrın 9-da Heydər Əliyev Fondunun dəstəyi və Argentinanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində “Argentinadan qravürlər” adlı sərgi açılıb.
“Qafqazinfo” xəbər verir ki, argentinalı beş rəssamın əl işlərinin nümayiş olunduğu sərgidə mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər. Argentinalı rəssamlar Marselo Malaqamba, Marselo Agilar, Pablo Delfini, Osvaldo Xalil və Marina Rotberqin 25-dək qravüra sənət əsəri nümayiş olunub.
Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov qravüra sənətinin nadirliyindən söz açıb və çətin bir sahə olmasına baxmayaraq argentinalı rəssamların əsərlərində mükəmməlliyin hiss edildiyini bildirib.
Sərgi oktyabrın 9-dək davam edəcək.
Son xəbərlər
Son Xəbərlər