Bakıda atəşfəşanlıq olacaq

bakida-atesfesanliq-olacaq
Oxunma sayı: 1333


"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumat yayıb. Məlumatda bildirilir ki, Bakkı Şəhər İcra Hakimiyyəti Sizi 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.

Mayın 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.