Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında 1500-dək idmançı iştirak edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu idmançılar 100-dən çox ölkənin təmsilçisidir.
Hazırda 104 ölkədən 1260 idmançı qeydiyyatdan keçib.
Yarışlarda ümumilikdə 55 dəst medal və Paris-2024 Yay Olimpiya Oyunlarına 48 lisenziya qazanılacaq.
Qeyd edək ki, dünya çempionatı 14 avqust – 3 sentyabr aralığında baş tutacaq.
Elsevər Məmmədov
Fotolar: Pərvin Zeynal




Son xəbərlər
Son Xəbərlər