Bakıda Avropa çempionatı üçün yürüş keçirilib - Fotolar+Video

Bakıda Avropa çempionatı üçün yürüş keçirilib
Oxunma sayı: 4125

Bakıda Avro-2020-yə həsr olunmuş yürüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, musiqi ilə müşayiət olunan yürüşə şəhər sakinləri böyük maraq göstərib.

Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan mərasimdə Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak ediblər.

Keçidin məqsədi Avropa çempionatının Bakıda keçiriləcək oyunlarının təbliğidir. İyunun 8-dən 20-dək davam edəcək mərasim hər gün Bakının müxtəlif məntəqələrində təşkil olunacaq.

Keçid həm piyada, həm də avtobuslarla gəzintidən ibarətdir. Mərasimdə ümumilikdə 47 personaj iştirak edir. Bakıdakı oyunlarda iştirak edəcək hər ölkə 4 musiqiçi, 2 maskot, 3 rəqqas və s. ilə təmsil olunur.

Fotolar: Nuran Məmmədov