Bakıda avtobus dərdi...

bakida-avtobus-derdi
Oxunma sayı: 2183


“Qafqazinfo” xəbər verir ki, oxucu Milli.Az saytına yazıb ki, 61 və 65 saylı son model "İsuzu" markalı avtobuslar gətirilsə də, sürücülər istədikləri hoqqanı etmək üçün hər yola əl atırlar. Avtobuslarda sürücülərə nəzarət üçün kamera olsa da, bu da işə yaramır. Sürücülər onları çəkən kameranı söndürür və istədikləri kimi hərəkət edirlər. Qulaqlarında telefon, əllərində siqaret sərnişin daşıyırlar.

Oxucu məktubunda deyilir ki, 65 və 61 saylı avtobusların sürücüləri tez-tez telefonla danışaraq özlərindən qabaqdakı maşınla dava edirlər: “Elə buna görə də yeni avtobuslar tez sıradan cıxır. İyirmi günə yaxındır, 61 saylı 10 TH 332 sərnişin avtobusu qəza törədib. Belə problemlər nə vaxt yığışdırılacaq? Axı biz də normal insan kimi rahat getmək istəyirik. Ancaq hər gün sürücülərin bir-biri ilə mübahisəsinə qulaq asmalı oluruq”.

Şikayət olunan avtobusların sahibkarı “Xaliq Faiqoğlu” MMC ilə əlaqə saxlamaq mümkün olmadı. "Bakısərnişinnəqliyyat" Departamentindən Milli.Az-a bildirildi ki, həmin marşrut avtobuslarının sahibkarlarına nöqsanlarla bağlı xəbərdarlıq ediləcək.