Bakıda avtobus dərəyə aşdı - 12 yaralı var+ Fotolar+ Yenilənib

Bakıda avtobus dərəyə aşdı
Oxunma sayı: 14103

Bakıda marşrut avtobusu aşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə saat 16:30 radələrində Zığ şossesində baş verib.

Hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza nəticəsində ölən olmayıb, 12 nəfər xəsarət alıb.

Yaralı şəxslər müxtəlif travmalarla 3  saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

***

APA xəbər verir ki, xəsarət alanlar bunlardır: 

Həsənov Taleh (1998)

Qurbanova Mətanət (1960)

Məhərrəmov Elcan (2003)

Nəbiyeva Səliqə (1959)

Ağayeva Səbirə (1975)

Məmmədli Aygün (2002)

Namazov Sədi (1938)

Məmmədov Rüstəm (1964)

Teymurova Afət (1974)

Yedyarova İrina (1975)

İsgəndərova Aygün (1981)

Savgin Vasiliy (1975)

Hüseynli Müşfiq (1998)

Babayeva Tahirə (1936)

Cəfərova Sevda (1961)