Bakıda avtobus qəzaya uğrayıb, xəsarət alanlar var - Foto

bakida-avtobus-qezaya-ugrayib-xesaret-alanlar-var
Oxunma sayı: 2781

Bu gün Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Qaradağ rayonunda baş verib.

Xəbəri rus dilində oxuyun: Военные оркестры на улицах Баку - Фото

"KİA" markalı avtomobil Bakı-Ələt magistralında Sahil qəsəbəsinə sərnişindaşıma fəaliyyəti göstərən 149 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusa çırpılıb. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Bir neçə nəfərin xəsarət aldığı bildirilir.