Bakıda avtobus sürücüsü dəhşət saçdı - Video

bakida-avtobus-surucusu-dehset-sacdi
Oxunma sayı: 9826

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

“Qafqazinfo” xəbər verir ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.

Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasında düşüb. Hadisə sentyabrın 27-də baş verib.

Həmin anın videosunu təqdim edirik:

***

Görüntülərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı tədbir görülüb: “Avtobus sürücüsünə protokol tərtib olunub. Əlavə olaraq o çağrılıb və profilaktik söhbət aparılıb. Bir daha etdiyi hərəkətin ictimai nəqliyyatda olmasının ağır faciələrə, qəzalara səbəb ola biləcəyi izah olunub. Daşıyıcısına məlumat verilib, barəsində də qanuni tədbir görülüb”.