Bakıda avtobus sürücüsü sərnişini döydü

bakida-avtobus-surucusu-sernisini-doydu
Oxunma sayı: 1774

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Daevoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döyüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 4-də saat 22 radələrində qeydə alınıb. 

Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb.