88 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda nasazlıq yaranıb. “Qafqazinfo” xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində baş verib. Hərəkətdə olan avtobus birdən tüstülənməyə başlayıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev hadisə ilə bağlı bildirib ki, 88 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən 99JK359 DQN-lı avtobus R.Behbudov küçəsində olarkən mühərrikxanada texniki nasazlıq yaranıb:
“Tüstülənmə də bu səbəbdən olub. Hər hansı bir alovlanma və ya yanğın hadisəsi deyil. Xətt üzrə sərnişindaşıma ilə məşğul olan dəşıyıcı tərəfindən əraziyə texniki personal gedib və nasazlıq aradan qaldırılıb”.
Son xəbərlər
Son Xəbərlər