Bakıda avtobusda insident, sürücüyə ağır xəsarət yetirildi - Video

bakida-avtobusda-insident-surucuye-agir-xesaret-yetirildi
Oxunma sayı: 5183

Bu gün Binəqədi rayonu ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda xoşagəlməz hadisə yaşanıb. 

“Qafqazinfo”nun məlumatına görə 30-35 yaşlı şəxs Hökməli dairəsi yaxınlığında hərəkətdə olan 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlamasını tələb edib. Avtobus bir qədər öndə yerləşən dayanacağa çatıb saxladıqdan sonra həmin şəxs qaçaraq nəqliyyat vasitəsinə daxil olub. 

Təhlükəsizlik kamerasından görünür ki, sərnişin sürücünü təhqir edərək ona zərbələr endirməyə başlayıb. O, sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb. Avtobusdakı sərnişinlərin müdaxiləsindən sonra həmin şəxs nəqliyyat vasitəsindən endirilib.

Həmçinin oxuyun: Rusiyadan Bakıya dəvət etdiyi sevgilisinin azyaşlı qızına təcavüz etdi

Arvadını izləmək üçün gizli kamera quraşdırdı, özünə cinayət işi açıldı​

Xəsarət alan sürücüyə tibbi yardım göstərilib və ona yetirilmiş xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib. Hadisə vaxtı avtobusun ön şüşəsi qırılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 "qaynar xətti"nə müraciət edilib, araşdırma aparılır.