Bakıda avtobusda oğurluq

bakida-avtobusda-ogurluq
Oxunma sayı: 972


“Qafqazinfo” Bakı şəhər BPİ-yə istinadən xəbər verir ki, yanvarın 5-də axşam saatlarında 40 saylı xətt avtobusunda Quba rayon sakini, 1993-cü il təvəllüdlü Artyom Əliyev Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Elnur Məhərrəmovun soyğunçuluq yolu ilə 50 manat pulunu talayıb.

Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə Cinayət İşi başlanıb, araşdırmalar davam etdirilir. 

Murad Əhməd