Bakıda avtobusda sürücü ilə sərnişin əlbəyaxa davaya çıxdı - Video

bakida-avtobusda-surucu-ile-sernisin-elbeyaxa-davaya-cixdi
Oxunma sayı: 6917

Bakıda avtobusda dava olub.

“Qafqazinfo” Unikal.org-a istinadən xəbər verir ki, 94 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda sürücü ilə sərnişin arasında mübahisə yaranıb.

Sonradan bir-birini təhqir edən tərəflər əlbəyaxa dava ediblər.

Qeyd edək ki. görüntülərin nə zaman çəkildiyi dəqiq məlum olmasa, yeni yayılıb.

Məlumat üçün bildirək ki, 94 nömrəli marşrut xətti "Baku Bus" MMC-nin 7B marşrut xətti ilə dəyişdirilib.