Bakıda avtobusla maşın toqquşdu- - 6 yaralı

bakida-avtobusla-masin-toqqusdu-
Oxunma sayı: 1430


"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, qəza rayonun Eldar Babayev küçəsi idə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb. Hadisə zamanı yeni inşa olunan yol ötürücüsünün üzərində bir-birinin əksi istiqamətdə hərəkət edən Elvin Lətifovunun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla, “Daywoo” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzadan sonra yaralılara tibbi yardım göstərmək üçün hadisə yerinə bir-neçə təcili yardım avtomobili çağrılıb.

Yaralılara hadisə yerində edilən tibbi yardımdan sonra mikroavtobus və minik maşınında olan 6 sərnişin xəstəxanaya göndərilib. 

Qəzanın səbəbləri sırasında isə yol ötürücüsünün üzərində avtomobillərdən birinin digərinin yoluna çıxması göstərilib. Səbəbkar sürücü isə araşdırmalardan sonra məlum olacaq.