Bakıda avtobuslar toqquşdu - - 15 yaralı var + Yenilənib (3)

bakida-avtobuslar-toqqusdu-
Oxunma sayı: 8002


Bir neçə dəqiqə əvvəl “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasının yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, hadisə saat 10.00 radələrində metrostansiyanın üzərindən keçən Qara Qarayev prospekti, 2a ünvanının qarşısında törədilib. 

İki marşrut avtobusunun toqquşması nəticəsində baş verən qəza zamanı 15-ə yaxın sərnişinin xəsarət aldığı bildirilib. 

Qəza yerinə təcili tibbi yardım briqadaları cəlb olunublar.

Hadisə ilə bağlı əlavə məlumat verəcəyik. Hadisənin təfərrüatları bəlli olub. 

***

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, qəzaya səbəb 36 və 1 saylı sərnişin avtobuslarının toqquşması olub. 

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, qəza nəticəsində 8 nəfər xəstəxanaya çatdırılıb. Yaralıların artacağı gözlənilir.

Xəsarət alanların kimliyi haqda isə məlumat verilmir.

***

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, ümumilikdə qəza zamanı xəsarət alanlardan 10 nəfər xəstəxanaya yerləşdirilib. 

Hadisə zamanı xəsarət alan 6 nəfərin isə zədəsi yüngül olduğundan ilkin yardım göstərilərək, evə buraxılıb.

***

Sabunçu rayon 3 saylı Klinik Xəstəxananın həkimi İlham Təmrazov yaralıların vəziyyəti barədə “Qafqazinfo”ya açıqlama verib. Həkimin sözlərinə görə, 9 yaralı xəstəxanaya yerləşdirilib.  Onlardan üçünün vəziyyəti ağırdır. İkisi isə reanimasiya şöbəsindədir.  Xəstələrdən biri şöbədə, 2-si ambulator müalicə alır.