“Qafqazinfo” “xəzərxəbər”ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində 170 və 202 nömrəli marşrutda hərəkət edən avtobuslar toqquşub.
3-cü mikrorayon dairəsindən Şamaxinka deyilən əraziyə gedən yolda baş verən qəza nəticəsində avtobusların hər ikisi sıradan çıxıb.
Qəzaya görə yolda qısa müddətli tıxac yaranıb. Əraziyə evakuator çağrılıb və qəzaya uğrayan avtobuslar yoldan götürülüb.
Qəzanın səbəblərini polis müəyyən edəcək.
Son xəbərlər
Son Xəbərlər