Bakıda avtobuslar toqquşdu - Yaralılar var+Yenilənib

bakida-avtobuslar-toqqusdu
Oxunma sayı: 6425

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Belə ki, iki sərnişin avtobusu metronun 20 Yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.

***

TƏBİB-dən “Qafqazinfo”ya verilən xəbərə görə, 19.05.2024-cü il tarixində saat 15:15 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər Kliniki Tibbi Mərkəzə Hospitalizasiya olunub.

Onlardan 67 yaşlı (qadın cinsli) şəxsə sağ çiyin nahiyəsinin travması, 62 yaşlı  (qadın cinsli) şəxsə isə çənənin kəsilmiş yarası diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

2 nəfərə isə hadisə yerində zəruri tibbi yardım göstərilib.