Bakıda sərnişin avtobuslarını yüksək sürətlə idarə edən sürücülərin görüntüləri yayılıb.
"Qafqazinfo" xəbər verir ki, görüntülərdə onların öz aralarında ötüşdüyü və sərnişinlərin həyatını riskə atdığı qeyd edilib.
Bakı şəhər DYPİ-nin rəsmisi Araz Əsgərli bildirib ki, araşdırma nəticəsində sürücülərin kimliyi müəyyənləşdirilib: "Artıq sürücülərdən biri saxlanılıb və barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə təqdim edilib. Nizami rayon Məhkəməsinin qərarı ilə sürücü 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib. Hazırda yarışa çıxan digər avtobus sürücüsü barədədə qanun çərçivəsində lazımi təddbir görülməsi üçün toplanmış material məhkəməyə təqdim edilib".
***
Hadisədə iştirak edən ikinci avtobus da müəyyən edilib.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, digər nəqliyyat vasitəsinin “Kənan-2000” MMC-yə məxsus olan və 118 saylı marşrut xətti üzrə hərəkət edən 99JN796 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus olması müəyyən edilib:
“Sürücünün Kərimov Məhərrəm Kərim oğlu olması müəyyən edilib və İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq sürücü məsuliyyətə cəlb edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə M.Kərimova 1 il sürücülük hüququndan məhrum edilməklə 500 manat cərimə cəzası tətbiq edilib”.
Son xəbərlər
Son Xəbərlər