Bakıda avtobuslara Türkiyə bayraqları vuruldu - Fotolar

bakida-avtobuslara-turkiye-bayraqlari-vuruldu
Oxunma sayı: 1961

Məlum olduğu kimi, ötən gün baş verən güclü zəlzələ ilə əlaqədar Bakıda Türkiyəyə dəstək kampaniyası başladılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu dəstəyi paytaxt küçələrində belə görmək mümkündür. Belə ki, şəhər ərazisində hərəkət edən avtobusların üzərində Türkiyə bayraqları asılıb. 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə ilkin məlumata görə, 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb, 5 775 bina dağılıb.

Fotolar: Pərvin Zeynal