Bakıda avtobuslarda qiymət artırıldı

bakida-avtobuslarda-qiymet-artirildi
Oxunma sayı: 3937



Mətbuata bu barədə sərnişinlər məlumat verib. Onlar bildiriblər ki, paytaxtın müxtəlif istiqamətlərindən sözügedən ticarət mərkəzlərinə gedən avtobuslarda gediş haqqı qaldırılaraq 40 qəpik olub. Halbuki gediş haqqı əvvəllər 30 qəpik idi. Yeni qiymətlər 3-4 gündür tətbiq edilir. Sürücülər isə bildiriblər ki, gediş haqqının artırılması ilə bağlı marşrut sahibləri tərəfindən tapşırıq alıblar.

Süni qiymət artımı ilə bağlı azvision.az Nəqliyyat Nazirliyinə müraciət etsə də nazirlikdən məsələ ilə əlaqədar cavab ala bilməyib.

musavat.com