Bakıda avtobusu qaçıran şəxs qəza törətdi

bakida-avtobusu-qaciran-sexs-qeza-toretdi
Oxunma sayı: 1557

Qaçırdığı avtomobillə qəza törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.

QafqazinfoDaxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 10-da Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakini Bəxtiyar Məmmədova məxsus “Daevoo” markalı avtobus qaçırılıb və həmin gün Biləcəri qəsəbəsində yolun kənarındakı maneəyə vurulub.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.