Bakıda avtomobil 7 yaşlı uşağı öldürdü

bakida-avtomobil-7-yasli-usagi-oldurdu
Oxunma sayı: 1385


"Qafqazinfo" xəbər veir ki, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 15-i, saat 17:30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Samir Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 2007-ci il təvəllüdlü Emin Kərimovu vurub. 

Nəticədə 7 yaşlı E.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.