Bakıda avtomobil oğruları tutuldu

bakida-avtomobil-ogrulari-tutuldu
Oxunma sayı: 640

Mayın 6-da Mərdəkan qəsəbəsi Qızıl Qum bağlar sahəsində yaşayan İsmət Cavadovun evindən qapını sındırma yolu ilə məişət və geyim əşyaları oğurlanıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Amin Heydərli, Əli Quliyev və Novruz Novruzov mayın 7-də tutulublar.

Səbail RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Culfa rayon sakini Etibar Tağıyev, Ağsu rayon sakini Əmir Rəhimov və Bakı şəhər sakini Rauf Orucuov mayın 7-də yaxalanıblar. Məlum olub ki, onlar aprelin 25-nə keçən gecə S.Məmmədov küçəsində yaşayan Fərman Cavadova məxsus “VAZ-2106” markalı avtomobildən açıq qapıdan keçmə yolu ilə maqnitafon, 30-na keçən gecə isə Salyan yolu küçəsində orada yaşayan Qabil Əhmədova məxsus “VAZ-2107” markalı avtomobildən açar seçmə yolu ilə səstənzimləyici və səsgücləndirici oğurlayıblar. Bundan başqa mayın 1-nə keçən gecə A.İsmayılov küçəsində yaşayan İlkin Qasımova və Samir Nəcəfova məxsus “VAZ-2107” markalı avtomobillərdən açıq qapıdan keçmək yolu ilə maqnitafon və səsgücləndirici, mayın 4-nə keçən gecə E.Əzizov küçəsində yaşayan Müqabil Hüseynova məxsus “VAZ-2104” markalı avtomobildən açıq qapıdan keçmə yolu ilə maqnitafon, E.Əliyev küçəsində yaşayan Mübariz Rüstəmova məxsus “VAZ-2107” markalı avtomobildən açar seçmə yolu ilə maqnitafon, monitor, Y.Mürsəlov küçəsində yaşayan Əli Qaracayevə məxsus «VAZ-2107» markalı avtomobildən isə açar seçmə yolu ilə maqnitafon oğurlayıblar.

Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Eldar Əmircanov mayın 7-də tutulub.

Mayın 6-da G.Mehmandarov küçəsində yaşayan İlham Nağıyev qarın nahiyəsində aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Habil Nəsibov mayın 7-də tutulub.

Mayın 1-i saat 01 radələrində M.Hadi küçəsində yaşayan Nicat Ağayevə məxsus “Vaz-2103” markalı avtomobil qaçırılıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçırılmış avtomobil mayın 4-ü saat 06:30 radələrində Naximov küçəsində saz vəziyyətdə tapılıb, cinayətdə şübhəli bilinən Amin Ramazanov isə saxlanılıb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, A.Ramazanov Bakı şəhər sakini Cəlal Əliyevlə birilkdə fevralın 14-də Bakı şəhər sakini Fərman Nuriyevə məxsus X.Məmmədov küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə 4270 manat, fevralın 17-nə keçən gecə Bakı şəhər sakini Lalə İsmayılova məxsus X.Məmmədov küçəsində yerləşən Tədris Mərkəzindən açar seçmə yolu ilə noutbuk, sənədlər, martın 30-na keçən gecə isə R.Məmmədov küçəsində yaşayan İsmayıl Nuriyevə məxsus “VAZ-2107” markalı avtomobildən 4 ədəd təkər oğurlayıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində C.Əliyev də yaxalanıb.