Bakıda avtomobil piyadanı vurub öldürdü

bakida-avtomobil-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1334

Bakının Nəsimi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, 3-cü mikrorayon dairəsi yaxınlığında, C.Səlimov küçəsində avtomobil 1968-ci il təvəllüdlü Məmmədov Elçin Fəqan oğlunu vurub.
 
E.Məmmədov 1 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.