Bakıda avtomobil yoxuş aşağı yuvarlandı - Video

bakida-avtomobil-yoxus-asagi-yuvarlandi
Oxunma sayı: 6356

Bakının Yeni Yasamal ərazisində - Əsəd Əhmədov küçəsində qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, “Toyota Prado” markalı avtomobil yoxuş aşağı yuvarlanıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü mağazaya düşüb, avtomobildə olan azyaşlı övladı isə bilməyərəkdən maşını hərəkətə gətirib. Nəticədə avtomobil aşıb və yararsız vəziyyətə düşüb. 

Azyaşlının vəziyyəti normaldır. 

Video: Jalə Həsənli