Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırldı

bakida-avtomobillerin-hereketi-mehdudlasdirldi
Oxunma sayı: 645

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu gün Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar dənizkənarı bulvar boyu Neftçilər prospekti ilə Qoşa Qala qapısı, İçərişəhər və Qız qalası istiqamətlərdə şənlik iştirakçılarının təhlikəsizliyinin təmin edilməsi, onların rahat hərəkətinin təşkil edilməsi üçün bu istiqamətlərə avtomobillərin hərəkətinə fasilələrlə müvəqqəti məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib.

Paytaxtın İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Gənclər meydanı istiqamətinə - Qoşa Qala qapısı və Əziz Əliyev küçələri istiqamətinə, Niyazi küçəsindən Azneft dairəsi istiqamətinə, Bayıl qəsəbəsindən Azneft dairəsi, Neftçilər prospekt istiqamətinə, Yusif Səfərov, 28 May küçəsi, Azadlıq küçəsi, Zərifə Əliyeva, Üzeyir Havcıbəyov, Puşkin küçələri kəsişmələrindən dənizkənarı bulvar boyu Neftçilər prospekti istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Yol polisi əhalidən şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsini, ictimai nəqliyyata üstünlük verilməsini, alternativ yollardan istifadə edilməsini xahiş edir.