Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanıldı

bakida-avtomobillerin-nomrelerini-ogurlayan-sexs-saxlanildi
Oxunma sayı: 5373

Paytaxt ərazisində avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edən daha bir şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cari ildə polis əməkdaşları tərəfindən vətəndaşlar tərəfindən daxil olan müraciətlər üzrə aparılan araşdırmalarla 11-dən artıq fakt üzrə tədbirlər görülüb.

Həmin əməlləri törətməkdə şübhəli bilinən şəxslərdən daha bir nəfər -  əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunmuş, 2002-ci il təvəllüdlü Hüseynov Qəhrəman Ceyhun oğlu məsuliyyətə cəlb edilib. 

O, 3 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edib. 

Onun analoji əməllərdə iştirakı istisna edilmir, əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.