Bakıda axtarışda olan 13 nəfər tutulub

bakida-axtarisda-olan-13-nefer-tutulub
Oxunma sayı: 735

Bakı Şəhər Baş Polis İdarəsi dünən paytaxtda baş verən kriminal hadisələrin statistikasını açıqlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də 23 cinayətin üstü açılıb. Onlardan 8-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.