İyunun 20-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, maliyyə, energetika, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur. Biznes forumda Azərbaycan və Rusiya arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, təqdimatlar və ikitərəfli görüşlər keçiriləcək.
Biznes forumda iştirak etmək istəyən sahibkarlar AZPROMO ilə əlaqə saxlaya bilərlər.
Son xəbərlər
Son Xəbərlər