Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında onlayn formatda görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə iki ölkənin son dövrlərdə imzaladığı sənədlərdə əksini tapmış enerji məsələlərinin müzakirəsi aparılıb.
Həmçinin karbohidrogen, neft-kimya, bərpa olunan enerji və digər istiqamətlər üzrə enerji əməkdaşlığının inkişafına töhfə verəcək platforma kimi Azərbaycan-Türkiyə Enerji Forumunun bu ilin oktyabrında Bakıda keçirilməsi təklifi müzakirə edilərək razılaşdırılıb.


Son xəbərlər
Son Xəbərlər